🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Sentyabrın 24-də qaz kəsiləcək -Bu ərazilərdə

23.09.2025 09:25 1 baxış sayı 1 dəq. oxuma
Sentyabrın 24-də qaz kəsiləcək -Bu ərazilərdə

Sentyabrın 25-də Mingəçevir şəhəri və Yevlax rayonunun bəzi kəndlərinin qaz təchizatında fasilə yaranacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, "Mingəçevir" Qazpaylayıcı Stansiyasında (QPS) yenidənqurma işləri aparılmış şəhər qaz xəttinin mövcud sistemə qoşulması ilə bağlı qazın nəqlinin dayandırılması zəruriyyəti yaranacaq. Bununla əlaqədar sentyabrın 25-də saat 09:00-dan etibarən işlər başa çatanadək "Mingəçevir" QPS-dən qidalanan "Mingəçevir 1-ci xətt" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təzhizatının dayanması ilə əlaqədar (Mingəçevir şəhəri və Yevlax rayonun Tanrıqulular, Hürüuşağı və Borçalı kəndləri) 31 046 əhali abonenti və 515 qeyri-yaşayış obyekti, ümumilikdə 31 561 abonentinin qaz təchizatında fasilə yaranacaq.

Paylaş: