🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Sərnişin təyyarəsi bomba həyəcanı səbəbilə Almaniyaya qayıtdı

16.06.2025 21:25 6 baxış sayı 1 dəq. oxuma
Sərnişin təyyarəsi bomba həyəcanı səbəbilə Almaniyaya qayıtdı

Almaniyanın Frankfurt şəhərindən Hindistana uçan “Lufthansa” hava yollarına məxsus təyyarə geri qayıdıb.

Metbuat.az xəbər verir ki, Haydarabad şəhərinə uçan layner bomba təhdidindən sonra geri qayıdıb. Məlumata görə, təyyarə təqribən iki saat havada qalıb. Layner Bolqarıstan hava məkanından geri dönüb.Təyyarə Qara dəniz sahili yaxınlığında dönüş edib və təhlükəsiz şəkildə hava limanına eniş edib. Təyyarədə bomba olmayıb.

Bildirilib ki, tranzit zonada 200-ə yaxın sərnişin vizasız qaldığından hava limanının tranzit zonasında düşərgə çarpayıları qurulub, sərnişinlərə yemək verilib. Sərnişinlər Hindistana başqa reyslə göndərilib.

Paylaş: