🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Səs yazısı yayılan bağçanın fəaliyyəti dayandırıldı

12.08.2025 03:25 1 baxış sayı 2 dəq. oxuma
Səs yazısı yayılan bağçanın fəaliyyəti dayandırıldı

Ucarda körpələr evi-uşaq bağçasının fəaliyyəti məhdudlaşdırılıb.

Metbuat.az "Xəzər Xəbər"ə istinadən bildirir ki, buna səbəb bu təhsil müəssisəsinin müdiri Emin Orucovun aşkar şəkildə orada tərbiyəçi-müəllim işləyən Şəbnəm İsayevanı saxtakarlığa təhrik etməsi ilə bağlı səs yazısının yayılmasıdır.

Məsələyə müvafiq orqanlar tərəfindən dərhal reaksiya verilib. Fəaliyyətində yol verdiyi nöqsanlara görə sözügedən bağçanın müdiri, həmçinin rayonun Yuxarı Şilyan kənd tam orta məktəbinin direktoru Emin Orucov tutduğu vəzifədən azad edilib.

Məsələnin ən narahatedici tərəfi isə Yuxarı Şilyan kəndində yeganə olan körpələr evi-uşaq bağçasının fəaliyyətinin tam məhdudlaşdırılmasıdır. Bu isə övladları bağçaya gedən valideynlər üçün problemə çevrilib.

Valideynlər qədər burada çalışan işçilər də bağçanın fəaliyyətinin birdən-birə dayandrırılmasını düzgün hesab etmirlər.

Daha ətraflı videomaterialda:


Paylaş: