🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

"Səudiyyə Mars deyil ki, ora 10 minə gedəsən" - İlahiyyatçı

21.01.2025 09:25 4 baxış sayı 2 dəq. oxuma
"Səudiyyə Mars deyil ki, ora 10 minə gedəsən" - İlahiyyatçı

Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsi bu il Həcc ziyarətinə getmək istəyən Azərbaycanlı zəvvarlar üçün qiymətləri təyin edib. Belə ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 10 115 AZN olub.

Bəs Həcc ziyarətinin yüksək qiyməti sadə müsəlmanlar üçün əlçatmaz olmasına gətirib çıxarırmı? Qiymətin belə baha olmasına səbəb nədir?

Mövzu ilə əlaqədar ilahiyyatçı Tural İrfan Metbuat.az-a açıqlamasında bildirib ki, əslində, Həcc ibadətini icra etmək hər kəsə vacib deyil:

“Bu, imkanı olana vacibdir. İmkanı olmayanın da gileylənməsi düz deyil. Kim narazıdırsa, demək o, həmin ibadətin mahiyyətini bilmir. Bilmirsə, niyə gedir? Həcc ziyarət deyil, ibadətdir. O ibadətin də ilk şərti maddi imkanı olmaqdır. Digər tərəfdən isə, ümumiyyətlə, gediş qiymətinin baha olması məsələsi daimi narahatlıq yaradan amillərdəndir. Şübhəsiz ki, aidiyyəti məsul şəxslər bu qiyməti minimuma endirə bilərlər. Onsuz da hamı bilir ki, bu, süni qiymətdir. Səudiyyə Ərəbistanı Mars deyil, Venera deyil ki, ora 10 min manata gedəsən. Burada sadəcə aidiyyəti qurumlar, idarələr imanını yox, öz cibini güdürlər”.

T.İrfanın sözlərinə görə, Həccə gedənlərin də 90 faizi ibadətə getmir, turist kimi ziyarətə gedir:

“Ziyarət ilə ibadət fərqlidir. Həcc ziyarət yox, ibadətdir. Onun vacib olması üçün maddi imkan olmalıdır. Əgər yoxdursa, demək sənə vacib deyil. Yox, əgər maddi imkanın varsa, getmək vacibdir. Amma ziyarət isə könüllüdür. İstəsən get, istəməsən getmə. Ona görə bunu qarşıdırmaq lazım deyil. Əgər kimsə ondan artıq pul alındığını güman edirsə, bununla bağlı məhkəməyə müraciət edə bilər”.

Qeyd edək ki, ötən il bu məbləğ 9 775 AZN idi.

Sevinc İbrahimzadə / Metbuat.az

Paylaş: