
Sumqayıtda 32 yaşlı qadın öldü, ər saxlanıldı

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Sumqayıt şəhər prokurorluğundan Metbuat.az-a verilən məlumata görə, yanvarın 29-u saat 4 radələrində Sumqayıt şəhəri ərazisində 1993-cü il təvəllüdlü Səbinə Babışovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1989-cu il təvəllüdlü Ağabala Babışovun yaşadıqları evdə bıçaqla xəsarətlər yetirərək arvadı Səbinə Babışovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ağabala Babışov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
Oxşar xəbərlər

Sumqayıtda 3 yaşlı körpə öldü
Bugun.az

Sumqayıtda hamilə qadın dənizdə batdı -
Son Xeberler

Sumqayıtda 69 yaşlı kişinin meyiti aşkarlandı
Bugun.az

Sumqayıtda ağır qəza -12 yaşlı uşaq öldü
Bugun.az

Su pulunun çoxluğunu görən qadın infarkt keçirib ö...
Xəbər Anı

33 yaşlı qadın faciəvi şəkildə öldü
Bugun.az