"Tarqovu"dakı tikilinin sökülməsinə başlanıldı
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakının Səbail rayonunun Əhməd Cavad küçəsindəki (“Fəvvarələr” meydanı) qanunsuz tikilinin sökülməsinə və sakinlərin gediş-gəlişinə yaradılan maneənin aradan qaldırılmasına başlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə Komitədən məlumat verilib.
Bildirilib ki, ərazidə yerləşən “Fontana” restoranına bitişik sahədə işbazların əlavə artırma işləri aparması ikinci belə özbaşınalıqdır.
“Belə ki, ötən ilin martında Baş İdarənin şəhərsalma nəzarəti qaydasında keçirdiyi monitorinq nəticəsində oxşar faktla bağlı qanunsuzluğun qarşısı alınıb. Buna baxmayaraq, restoran sahibləri bu il ərazidə yenidən özbaşına tikinti-quraşdırma işləri aparıblar. Mövcud qanunvericiliyə əsasən, ticarət və xidmət obyektlərinin fəaliyyətinə icazə verilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətindədir. Sözügedən tikinti işləri Komitə ilə razılaşdırılmadığından söküntüsü müvafiq qaydada təmin edilir”,- deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Bakıda qanunsuz tikilən obyekt sökülüb -
Son Xeberler
CapCut ABŞ-da dayandırıldı!
Texnologiya xəbərləri
Putinin gizli sarayını ifşa edən görüntülər yayıld...
Son Xeberler
Yardımlıda 6 kiloqrama yaxın heroin ələ keçirildi,...
Son Xeberler
15 Yaşlı Sevincin Ölümü: Qonşu Kənan İtkin Düşdü
Son Xeberler
Çempionumuz Olimpiya Kubokundan imtina etdi
İdman Xəbər