🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

"Telegram"dan yeni funksiya: Bu məlumatlar gizli qalmayacaq

01.03.2025 06:25 6 baxış sayı 1 dəq. oxuma
"Telegram"dan yeni funksiya: Bu məlumatlar gizli qalmayacaq

"Telegram" yeni funksiyanı təqdim etməyə hazırlaşır. Bundan sonra yeni dialoq başlatmış istifadəçi barədə ətraflı məlumat göstəriləcək - istifadəçinin telefon nömrəsinin verildiyi ölkə, qeydiyyat ayı və ili, ümumi qrupların sayı və siyahısı, həmçinin istifadəçinin təsdiq statusu.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, yenilik "Android" üçün "Telegram"ın 11.8 versiyasında aşkar edilib.

"Telegram"ın qurucusu Pavel Durov bu funksiyanın təqdimatını 2024-cü ilin iyulunda elan etmişdi.

Yeniliyin əsas məqsədi iki şeyə xidmət edir: özünü başqası kimi qələmə verən dələduzlarla mübarizə aparmaq və servisin istifadəsini daha rahat etmək.

Hazırda bu funksiyanın yalnız "beta" versiyasında işlədiyi üçün rəsmi buraxılış zamanı dəyişikliklər ola bilər. Amma adətən "Telegram"ın açıq beta versiyalarında artıq hazır həllər sınaqdan keçirilir.

Paylaş: