🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Trampla Avropa İttifaqı arasında gərgin münasibətlər davam edir

24.01.2025 19:25 10 baxış sayı 1 dəq. oxuma
Trampla Avropa İttifaqı arasında gərgin münasibətlər davam edir

ABŞ Prezidenti Donald Tramp səlahiyyətlərinin icrasına başlayandan sonra hələ də Avropa İttifaqı administrasiyası ilə əlaqə saxlamayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Komissiyasının sözçüsü Stefan de Keersmaecker açıqlama verib. O bildirib ki, Tramp AB Komissiyasının sədri Ursula von der Leyenlə əlaqə qurmayıb. Sözçü onu da bildirib ki, Tramp və fon der Leyen arasında görüş və ya hazırda Türkiyədə olan Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallasın ABŞ-a səfərindən söhbət gedə bilməz.

Qeyd edək ki, Donald Trampın ilk prezidentlik dövründə Aİ-ABŞ münasibətləri xeyli gərgin keçmişdi. Tramp bu seçki kampaniyası zamanı müdafiədən ticarətə qədər bir çox mövzuda Aİ-yə qarşı narahatedici açıqlamalar vermişdi. Tramp prezidentlik andı içdikdən sonra AB-nin bütün yüksək səviyyəli rəhbərləri ona təbrik mesajları göndərmişdi.

Paylaş: