🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

"Türkan narkozu özü istəyib" - Xəstəxanadan AÇIQLAMA

26.02.2025 09:25 16 baxış sayı 2 dəq. oxuma
"Türkan narkozu özü istəyib" - Xəstəxanadan AÇIQLAMA

Gəncədə vəfat edən 24 yaşlı Türkan Balakişizadənin ölümü ilə bağlı yeni detallar məlum olub.

Gəncə Şəhər Beynəlxalq Xəstəxanasının İctimaiyyətlə əlaqələr üzrə şöbə rəhbəri Leyla Məmmədova məsələ ilə bağlı Metbuat.az-a açıqlama verib.

O bildirib ki, xəstənin yaxınları tərəfindən aidiyyəti qurumlara rəsmi şəkildə heç bir şikayət olunmayıb. Ona görə də ətraflı məlumat verməyə ixtiyarları çatmır:

“Ancaq hər bir ölüm faktı ilə bağlı qurumlar tərəfindən araşdırma aparılır. Qeyd edək ki, Xanım əməliyyata daxil olmayıb. Anesteziya zamanı şok keçirib. Onda dərmana qarşı güclü allergik reaksiya baş verib. Saatlarla həkimlər tərəfindən müdaxilələr olunub, lazımi bütün tədbirlər görünüb. Təəssüf ki, xəstə komaya düşüb, 10 gündən çox xəstəxanada yatıb”.

L.Məmmədovanın sözlərinə görə, xəstə narkozu özü istəyib:

“Ölümün səbəbi narkozun çox və ya az verilməsi deyil, çünki narkoz zamanı verilən dərmanlara qarşı bədən güclü reaksiya verib və onun nəticəsində də xanım dünyasını dəyişib. Xəstənin müraciət səbəbi isə nə ziyil, nə də törəmə deyil. Dəqiq diaqnoz epikrizdə var və bu, valideynlərinə verilib. Ekspertizanın rəyi çıxdıqdan sonra isə məsələ ilə bağlı xəstəxana adından ətraflı məlumat veriləcək”.

Sevinc İbrahimzadə / Metbuat.az

Paylaş: