🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Ulduz futbolçu ​“Fənərbaxça”nı istəyir - Mourinyo razı deyil

22.07.2025 08:25 1 baxış sayı 1 dəq. oxuma
Ulduz futbolçu ​“Fənərbaxça”nı istəyir - Mourinyo razı deyil

“Fənərbaxça” “İnter”in futbolçusu Hakan Çalhanoğlunu transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, Hakan Çalhanoğlunun “Fənərbaxça”da oynamağa maraqlı olduğu iddia edilir. Məlumata görə, “Fənərbaxça”nın prezidenti Ali Koç əvvəlcə məşqçi Joze Mourinyonun razılığı olmadan futbolçu ilə danışıqlar aparıb. Bildirilir ki, Mourinyonun prioriteti yarımmüdafiəçi deyil. O, müdafiəçi və iki cinah oyunçusunun transfer edilməsini tələb edib. Hakan Çalhanoğlunun "İnter"lə görüşərək transfer haqqını 10 milyon avroya endirməyə çalışacağı və "Fənərbaxça"ya transferi reallaşdıracağı bildirilir.

Qeyd edək ki, “Qalatasaray”ın da Hakan Çalhanoğlunun transferində maraqlı olduğu barədə xəbərlər dərc edilib.

Paylaş: