Ulduz futbolçu "Real"a gəlmək istədi - Peres rədd etdi
“Milan”ın icarə əsasında heyətinə qatdığı Kayl Uker barədə maraqlı detal üzə çıxıb.
Metbuat.az xəbər verir ki, futbolçunun bundan əvvəl “Real Madrid”ə təklif edildiyi irəli sürülüb. Bildirilir ki, “Real” təklifi rədd edib. Məlumata görə, “Real” müdafiə mövqeyində futbolçuya ehtiyac olsa da, transferdən imtina edib.
Qeyd edək ki, bundan əvvəl “Real”ın mövsümün fasiləsində futbolçu transfer edəcəyi barədə iddialar dərc edilmişdi. Lakin İspaniya Superkubokunun final matçında "Barselona"ya 5-2 hesablı məğlubiyyətdən sonra "Real” rəhbərliyinin qərarını dəyişdiyi irəli sürülür. Məşqçi Karlo Ançelotti mövsümün fasiləsində rəhbərlikdən transfer həyata keçirilməsini tələb etsə də, rəhbərlik Ançelottinin tələbini rədd edib. Bildirilib ki, prezident Florentino Peres diqqəti komandanın gənc oyunçularına yönəltməyi irəli sürüb.
Oxşar xəbərlər
Vinisiusun transfer qiyməti açıqlandı - Onu istəyə...
Bugun.az
"Bayer Leverkusen" Florian Wirtz üçün Fantastik Qi...
Son Xeberler
Arda Güler "Real"dan gedəcək? - Peresdən qəti cava...
Bugun.az
Ronaldinyo Bakıya gəlir
Xəbər Anı
Ronaldo fantastik təklifi rədd etdi: Messi seçim q...
Son Xeberler
"Real Madrid"in əfsanəvi futbolçusu vəfat etdi
İdman Xəbər