Üsyançılar paytaxtı mühasirəyə aldı
Konqo Demokratik Respublikasının Şimali-Kivu əyalətinin paytaxtı Qoma şəhəri üsyançı qruplaşmanın üzvləri tərəfindən mühasirəyə alınıb.
Metbuat.az xəbər verir ki, Qomanı mühasirəyə alan üsyançılar şəhərin elektrik və su sistemlərini yararsız hala salıb. Qomada bəzi bölgələrdə atəş səsləri eşidilməyə başlayıb. Məlumata görə, döyüşlər Qomadan təqribən 10 kilometr aralıda yerləşən Kibati bölgəsində davam edir. Üsyançılar paytaxt istiqamətində son maneə hesab edilən Sake şəhərini də ələ keçirib. Toqquşmalar səbəbilə minlərlə insan evlərini tərk edib.
Qeyd edək ki, Qoma şəhəri 2012-ci ildə üsyançıların nəzarətinə keçsə də, təhlükəsizlik qüvvələri tərəfindən geri alınıb. Konqo Demokratik Respublikası Ruandanın qızıl, koltan və kobalt kimi minerallarla zəngin əraziləri öz maraqları naminə işğal etməyə çalışan üsyançılara dəstək verdiyini irəli sürür. Ruanda bu iddiaları rədd edir.
Oxşar xəbərlər
Azad Suriyaya Çağırı
Son Xeberler
Daha bir şəhər üsyançıların nəzarətinə keçdi
Bugun.az
MİT-in Suriyədəki əməliyyatı: Tam güclə meydanda
Son Xeberler
Laçın 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı ola...
Bugun.az
Şuşa İslam dünyasının paytaxtı elan olunacaq
Son Xeberler
ABŞ Hərbi Təyyarələri Suriyanın Səmasında: Terrorç...
Son Xeberler