
Valideynlərin nəzərinə - Son tarix 5 martdır

Fevralın 25-dən etibarən 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını və I–X sinifləri əhatə edir.
Metbuat.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu günə qədər 9000-dən çox müraciət portala daxil edilib, 4000-ə yaxın şagirdin yerdəyişməsi uğurla tamamlanıb.
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, IX sinif şagirdlərinin yerdəyişməsi 5 mart 2025-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonuna qədər aktiv edilməyəcək.
Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.
Oxşar xəbərlər

Yeni təyin edilmiş rəhbərlərin və rəhbər namizədlə...
Edumap.az Təhsil Portalı

Karyerasını “Azərbaycan Dəmir Yolları” QSC-də qurm...
Edumap.az Təhsil Portalı

Valideynlərin nəzərinə - Fevralın 25-dən başlanıla...
Bugun.az

Tarix Əliyev “MTV Azərbaycan”dan ayrıldı
Bugun.az

Ramiz Mehdiyev ona vəzifə verdi -
Son Xeberler

Müəllim olmaq istəyənlərin nəzərinə:
Son Xeberler