
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşdü

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Gürcüstanın daxili işlər naziri Gela Geladze Azərbaycana rəsmi səfərə gəlib.
Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
V.Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə Gela Geladzeni təbrik edərək bu səfərin əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edib. Nazir bu münasibətlərin ölkə başçılarının siyasi iradəsinə uyğun uğurla inkişaf etdiyini, dövlət və hökumət rəhbərlərinin qarşılıqlı səfərləri nəticəsində daha da dərinləşdiyini bildirib.
Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın, xüsusilə də transmilli cinayətkarlığın bütün növləri ilə, o cümlədən kibercinayətkarlıqla mübarizə sahəsində birgə əlaqələrin, təcrübə və informasiya mübadiləsinin və yaradılmış normativ-hüquqi bazanın ilk növbədə dost və qardaş xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət etdiyi nəzərə çatdırılıb.
Problemlərə toxunularkən narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya, kibercinayətkarlıqla mübarizənin daim diqqət mərkəzində dayandığı, onlara qarşı səmərəli mübarizənin yalnız birgə səylərlə mümkünlüyü qeyd olunub.
Gela Geladze dost olan Azərbaycanın daxili işlər orqanları ilə ölkəsinin müvafiq qurumları arasında əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsində maraqlı olduqlarını, bunun üçün gələcəkdə də səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə Gürcüstanın Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze iştirak edib.
Oxşar xəbərlər

Vilayət Eyvazov rəis müavinini işdən çıxardı
Son Xeberler

Vilayət Eyvazov daha bir generalı
Son Xeberler

Prezidentdən Vilayət Eyvazov və Zakir Həsənovla ba...
Son Xeberler

Vilayət Eyvazov ona iki yeni müavin
Son Xeberler

Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Son Xeberler

Vilayət Eyvazov daha bir rəisi sərəncama göndərdi
Son Xeberler