🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Voleybolçuların Yüksək Liqasında final oyunlarının tarixi açıqlandı

19.04.2025 07:25 7 baxış sayı 2 dəq. oxuma
Voleybolçuların Yüksək Liqasında final oyunlarının tarixi açıqlandı

Qadın və kişi voleybolçuların Yüksək Liqasında üçüncü yer və final oyunlarının tarixləri bəlli olub.

Metbuat.az xəbər verir ki, bürünc medal uğrunda matçlar və final qarşılaşmaları 19, 20, 21, 22, 24, 25 apreldə keçiriləcək.

Qadınların Yüksək Liqasında üçüncü yer uğrunda “Milli Aviasiya Akademiyası” və “Gəncə” klubları, finalda isə “Azərreyl" və “Abşeron” üz-üzə gələcək.

Kişi voleybolçuların mübarizəsində isə üçüncü yer uğrunda “Neftçi” ilə “Xilasedici”, finalda isə “Azərreyl" və “Murov Az Terminal” qarşılaşacaq.

Üçüncü yer və final qarşılaşmalarında qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarsa, (xallar da bərabər olarsa) "Qızıl set" oynanılacaq.

Aprelin 24-ü və 25-də final görüşlərindən dərhal sonra qaliblərin (qadınlar, kişilər) mükafatlandırma mərasimi baş tutacaq.

Yüksək Liqa

Üçüncü yer uğrunda oyun

19 aprel

Qadınlar (birinci oyun)

15:00. “Gəncə” - “Milli Aviasiya Akademiyası”

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi

Üçüncü yer uğrunda oyun

20 aprel

Qadınlar (ikinci oyun)

15:00. “Milli Aviasiya Akademiyası” - “Gəncə”

Kişilər (birinci oyun)

17:00. “Neftçi” - “Xilasedici”

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi

Final

21 aprel

Qadınlar (birinci oyun)

15:00. “Azərreyl” - “Abşeron”

Üçüncü yer uğrunda oyun

Kişilər (ikinci oyun)

17:00. “Xilasedici” - “Neftçi”

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi

Final

22 aprel

Kişilər (birinci oyun)

15:00. “Azərreyl” - “Murov Az Terminal”

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi

Final

24 aprel

Qadınlar (ikinci oyun)

15:00. “Azərreyl” - “Abşeron”

Milli Gimnastika Arenası

Final

25 aprel

Kişilər (ikinci oyun)

15:00. “Murov Az Terminal” - “Azərreyl”

Milli Gimnastika Arenası

Paylaş: