🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Yağış yağır, külək güclənib -FAKTİKİ HAVA

06.04.2025 06:25 18 baxış sayı 2 dəq. oxuma
Yağış yağır, külək güclənib -FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin aprelin 6-sı saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində bəzi yerlərdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Xidmətdən Metbuat.az-a verilən xəbərə görə, bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti arabir Daşkəsəndə 23 m/s, Şahdağda 20, Gəncə, Altıağac və Qobustanda 18, Kəlbəcərdə eyni zamanda Bakıda və Abşeron yarmadasında 16 m/s-yə çatıb.

    Ən çox yağış yağan yerlər

    Düşən yağıntının miqdarı Şahbuzda 6, Ordubadda 2, Şərur, Culfa, Sədərək, Naxçıvan, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəmkir və Astarada 1 mm-dir.

    Görünüş məsafəsi məhdudlaşıb

    Bakıda və Abşeron yarımadasında, Neft Daşları, Çilov adası, Şəmkir, Şamaxı, Qobustan, Şabran, Daşkəsən, Göygöl, Qax və Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 m-dək məhdudlaşıb.

    Havanın maksimal temperaturu

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21, Aran rayonlarında eləcə də, Naxçıvan MR-da 20, dağlıq rayonlarda isə 12 dərəcəyədək isti qeydə alınıb.

    Paylaş: