🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

“Yeni hava limanı sərmayə axınını sürətləndirəcək”

23.09.2025 20:25 1 baxış sayı 3 dəq. oxuma
“Yeni hava limanı sərmayə axınını sürətləndirəcək”

Xəbər verdiyimiz kimi, Ələt Azad İqtisadi Zonasında beynəlxalq hava limanının tikintisi gələn ilin sonunadək başa çatdırılacaq, aeroportun açılışı isə 2027-ci ilin birinci rübündə baş tutacaq. Bəs yeni tikilən beynəlxalq hava limanı bölgənin iqtisadi inkişafına necə təsir göstərəcək?

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Metbuat.az-a açıqlamasında bildirib ki, Ələt İqtisadi Zonası bütövlükdə Azərbaycana sərmayə cəlb edilməsi baxımından ən vacib layihələrdən birinə çevriləcək:

“Gözlənilir ki, bu zona vasitəsilə xüsusən inkişaf etmiş ölkələrdən daha çox sərmayə gətirmək mümkün olacaq. Ələt İqtisadi Zonasının beynəlxalq hava limanının inşası da məhz infrastrukturun tam inteqrasiyasına xidmət edir. Bu, nəticə etibarilə zonaya sərmayə qoyan şirkətlərin həmin hava limanından istifadə etməsinə şərait yaradacaq. Bundan əlavə, Ələt İqtisadi Zonasında güzəştlərin tətbiqi nəzərdə tutulur və burada sərmayə qoyan şirkətlər vergilərdən azaddır. Bu baxımdan da beynəlxalq hava limanının istifadəyə verilməsi zonaya marağın yüksəlməsində mühüm rol oynayacaq. Çünki əksər iqtisadi zonalarda hava limanları ilə birlikdə təqdim olunduğunu müşahidə edirik. Yəni, hava nəqliyyatı zonanın əsas fəaliyyətlərinə və infrastrukturuna inteqrasiya olunur”.

Deputat qeyd edib ki, Ələt İqtisadi Zonası və oradakı hava limanı Azərbaycanın sərmayə cəlbi və iqtisadi inkişafı üçün strateji əhəmiyyət daşıyır. Ölkə iqtisadiyyatının növbəti dövrdə məhz bu kimi layihələrin dəstəklənməsi ilə daha çox sərmayə cəlb edə biləcəyi gözlənilir.

Yəni, hava nəqliyyatı zonanın əsas fəaliyyətlərinə və infrastrukturuna inteqrasiya olunur. Bu kontekstdən də təbii ki, hava limanının istifadəyə verilməsi Azərbaycan üçün sərmayə cəlbi və iqtisadiyyatın inkişafı baxımından vacibdir. Ümumilikdə gözlənilir ki, Azərbaycan iqtisadiyyatı növbəti dövrdə məhz Ələt İqtisadi Zonasının dəstəklənməsi ilə daha çox sərmayə cəlb edə biləcək.

Sevinc İbrahimzadə / Metbuat.az

Paylaş: