🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

​Yunan-Roma güləşi üzrə millimiz də Avropa çempionu oldu

13.04.2025 20:25 24 baxış sayı 1 dəq. oxuma
​Yunan-Roma güləşi üzrə millimiz də Avropa çempionu oldu

Yunan-Roma güləşi üzrə millimiz də Avropa çempionu olub.

Metbuat.az xəbər verir ki, Slovakiyada keçirilən qitə birinciliyində sərbəst güləş üzrə millimizin Avropa çempionluğundan bir neçə gün sonra yunan-Roma güləşi üzrə millimiz də Avropa çempionu olub.

Qitə birinciliyində 3 qızı, 1 gümüş və 2 bürüncmedal qazanan yunan-Roma güləşi üzrə millimiz 151 xalla komanda hesabında Avropanın ən güclüsü oldu.

Bununla da yunan-Roma güləşi üzrə milli komandamız 2-ci dəfə Avropa çempionu olub.

Xatırladaq ki, təmsilçilərimizdən Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq) gümüş, Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıb.

Paylaş: