
Zelenski Trampın nümayəndəsi ilə görüşdü

Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bir araya gəlib.
Metbuat.az xəbər verir ki, bu barədə Zelenski sosial media hesabında açıqlama verib. Zelenski görüş zamanı cəbhədəki vəziyyəti, ukraynalı məhbusların qaytarılmasını və ölkəsinin ehtiyac duyduğu effektiv təhlükəsizlik təminatlarını müzakirə etdiklərini bildirib. Zelenskinin sözlərinə görə, Ukrayna ABŞ prezidenti Donald Trampla investisiya və təhlükəsizlik üzrə güclü və faydalı razılaşmaya hazırdır. Zelenski ABŞ tərəfinə göstərdiyi dəstəyə görə təşəkkür edib.
Qeyd edək ki, Vladimir Zelenski ilə Keyt Kelloq arasında görüşdən sonra keçirilməsi nəzərdə tutulan mətbuat konfransı ləğv edilib. Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov mətbuat konfransının ABŞ tərəfinin tələbi ilə ləğv edildiyini bəyan edib.
Oxşar xəbərlər

Trampın nümayəndəsinin Zelenski ilə mətbuat konfra...
Bugun.az

Trampın açıqlamasına reaksiya verdi
Bugun.az

Azərbaycan COP29 Prezidenti Qırğızıstanın Nümayənd...
Bugun.az

Trampın rus ritorikasını təkrarlaması bizi narahat...
Bugun.az

Zelenski və Trampın ləğv edilən naharının menyusu...
Bugun.az

Zelenski Trampa təşəkkür etdi
Bugun.az