
İdman Xəbər
1 abunə
“Qarabağ” - “Vilyarreal” matçının hakimləri bilindi
27.10.2020 10:38
498 baxış sayı
2 dəq. oxuma

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində İspaniyanın “Vilyarreal” klubuna qarşı keçirəcəyi oyunun hakimləri müəyyənləşib.
Qarşılaşma Çexiyadan olan hakimlər briqadasına həvalə edilib.
Matçın baş hakimi Pavel Orel olacaq. Ona yan xətt hakimləri Petr Blajey və İrji Krjij kömək edəcək. Dördüncü hakim funksiyasını isə Andrey Peçanets yerinə yetirəcək.
Hakim-inspektor Gürcüstandan olan Levan Paniaşvili, UEFA nümayəndəsi isə Ukraynadan Anna Bordiuqova olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da İstanbuldakı "Başakşəhər Fatih Terim" stadionunda baş tutacaq.
Oxşar xəbərlər

“Qarabağ” - “Sivasspor” matçının hakimləri açıqlan...
Son Xeberler
468
24/11 11:41

"Vilyarreal" - "Qarabağ" matçının hakimləri açıqla...
Son Xeberler
468
08/12 11:39

“Sivasspor” - “Qarabağ” matçının hakimləri açıqlan...
İdman Xəbər
492
03/11 15:37

“Qarabağ” - “Vilyarreal” oyunu baş tutmayacaq
Son Xeberler
494
08/12 15:41

"Qarabağ"ın rəqibi bilindi
Son Xeberler
575
09/08 11:18

“Qarabağ”ın UEFA reytinqi açıqlandı
Son Xeberler
515
22/12 17:49