
Berlində karantin əleyhinə etiraz aksiyaları - VİDEO

Almaniya paytaxtının mərkəzində karantin əleyhinə etirazlar zamanı azı 365 nəfər saxlanılıb.Bu barədə Berlin polisi tvitterdə məlumat verib.
Nümayişlərdə ümumilikdə 10 mindən çox insan iştirak edib.
Yerli vaxtla saat 19:30-dək 365 nəfər saxlanılıb. Əməliyyatda iştirak edən 10 polis əməkdaşı xəsarət alıb.
Qeyd edək ki, Almaniyada noyabrın 2-dən karantin rejimi tətbiq edilir. Belə ki, restoran və barlar yalnız məsəfəli sifarişləri yerinə yetirir, bütün iri tədbirlər ləğv olunub. Bundan əlavə, zərurət olmadan səyahət etmək tövsiyyə olunmur, mehmanxanalarda gecəlik qalmaq qadağandır. Həmçinin bir yerə 10 nəfərdən çox toplaşmağa icazə verilmir. Teatrlar, kinoteatrlar, fitnes klublar, hovuzlar, konsert zalları fəaliyyətini dayandırıb, idman yarışları keçirilmir.
Oxşar xəbərlər

Beyrutda etirazçılar XİN və parlamentin binasını ə...
Son Xeberler

Beyrutdakı nümayişçilər parlament sarayına girməyə...
Son Xeberler

İrəvanda parlament binasının qarşısında etiraz aks...
Son Xeberler

Yerevanda növbəti etiraz aksiyası başlayır
Son Xeberler

Yerevanda aksiyada 35 müxalifətçi saxlanıldı
Son Xeberler

Almaniyada Koronavirus gərginliyi! Bir çox nümayiş...
Bugun.az