
Son Xeberler
9 abunə
Əmək pensiyaları indeksləşdiriləcək - SƏRƏNCAM
05.02.2021 16:17
428 baxış sayı
2 dəq. oxuma

Prezident İlham Əliyev Əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci və 29.1-1-ci maddələrinə uyğun olaraq qərara alınır:
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2021-ci il 1 yanvar tarixinə 2020-ci il üzrə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:
- orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci il 1 yanvar tarixinədək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin;
- istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2021-ci il 1 yanvar tarixinədək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Oxşar xəbərlər

Əhaliyə pensiyalarla bağlı ŞAD XƏBƏR
Xəbər Anı
120
06/11 11:38

Mart ayının pensiyaları qrafikdən əvvəl ödənildi
Bugun.az
51
07/03 11:25

Azərbaycanda 2021-ci il üzrə kişilərin və qadınlar...
Son Xeberler
604
01/01 07:25

Pensiyalar neçə faiz artırılacaq? - AÇIQLAMA
Bugun.az
75
16/01 12:25

Aprelin pensiyaları bu tarixdə ödəniləcək
Bugun.az
28
08/04 06:25

DSMF: Oktyabr pensiyaları ödənilib
Bugun.az
101
10/10 14:25