“Ərim fahişəlik etməyimi istəyirdi” - Bakıda ərini öldürən qadının ETİRAFI
Bakıda ərini öldürməkdə təqsirli bilinən Vəfa Orucovanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Azad Məcidovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi aprel ayının 22-nə təyin olunub.
İttihama görə, ötən il noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Vəfa Orucova saxlanılıb.
İstintaqa ifadəsində Vəfa Orucova törətdiyi cinayəti etiraf edib, bildirib ki, içki düşkünü olan əri onu pul qazanmağa məcbur edib.
Bu səbəbdən ər-arvad arasında dəfələrlə mübahisə düşüb. Mübahisə zamanı Rövşən Musayev arvadının fahişəlik edərək pul qazanmasını istəyib. Bu səbəbdən qadın bıçağa əl atmalı olub.
İstintaq orqanı tərəfindən Vəfa Orucovanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Etiketlər
Oxşar xəbərlər
İlk qadın şəhidimizin ailəsindən -
Son Xeberler
"Hələ ki əxlaqsızlıq et, pul yığ, sonra evlənərik"...
Son Xeberler
Prezidentin köməkçiləri tanınmış videoblogerlə gör...
Son Xeberler
“İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq...
Son Xeberler
Nigeriyalı “Sarı gəlin”i Azərbaycan dilində oxudu...
Son Xeberler
“Ərdoğan dünya səviyyəli şahmatçıdır” -
Son Xeberler