Fevral ayında 26 uşağa şəhid generalın adı verilib
Bu ilin fevral ayında doğumu qeydə alınmış 26 uşağa Polad adı verilib.
Bununla da bu ilin yanvar-fevral aylarında ölkəmizdə Polad adı daşıyan yenidoğulanların sayı 38-ə çatıb.
Məlumat üçün bildirək ki, uşaqlara Polad adının verilməsi 2020-ci ildə və cari ilin iki ayında əvvəlki illərlə müqayisədə kəskin artıb. Beləliklə, ölkəmizdə Polad adı ən çox 2020-ci il ərzində məşhurlaşıb.
2018-ci ildə 55 uşağa, 2019-cu ildə 53 uşağa Polad adı verilmişdisə, ötən il Polad adı verilən uşaqların sayı 193 olub.
Qeyd edək ki, Polad adı general-mayor Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb. P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, iyulun 15-də II Fəxri xiyabanda dəfn olunub. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib. (Report.az)
Oxşar xəbərlər
Azərbaycanda körpələrə Polad adının verilməsi kəsk...
Son Xeberler
Bu il uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Son Xeberler
Azərbaycanda il ərzində uşaqlara ən çox qoyulan ad...
Xəbər Anı
Azərbaycanda 20 uşağa Ərdoğan adı qoyulub
Bugun.az
Generalın anası “biz heç kimdən hədiyyə gözləmirik...
Son Xeberler
TƏCİLİ! Operativ Qərərgah yeni qərar qəbul etdi -
Son Xeberler