
Gürcüstanda hakimiyyəti devirməyə çalışıblar - İstintaq başlandı

Gürcüstanda hakimiyyəti devirməyə hazırlıq faktı üzrə cinayət işi açılıb.
Bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) saytında məlumat paylaşılıb. Bildirilib ki, bir sıra şəxslər ölkədə parlament seçkilərində arzuolunmaz nəticələr əldə olunarsa, hakimiyyəti zorla devirməyi planlaşdırıblar. Bu məqsədlə hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşlarından və hərbçilərdən ibarət mobil qruplar belə yaradılıb.
DTX-nin məlumatına görə, artıq bəzi şahidlərin ifadələri alınıb. İstintaqa cəlb edilənlər arasında hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının icra katibi irakli Kobaxidze də var.
Qeyd edək ki, Gürcüstan Cinayət Məcəlləsinə əsasən, “konstitusiya quruluşunu zorla dəyişdirmək, dövlət hakimiyyətini devirmək və ya ələ keçirməyə” görə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Oxşar xəbərlər

Gürcüstanda zəlzələ oldu
Son Xeberler

Gürcüstanda son sutkada koronavirusa yeni yoluxma...
Son Xeberler

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı
Son Xeberler

Gürcüstanda koronavirusun yeni ştammı aşkarlandı
Son Xeberler

Gürcüstanda koronavirusa yoluxanların sayı 851-ə ç...
Son Xeberler

Gürcüstanda zəlzələlər oldu
Son Xeberler