
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinə yeni təyinat olub. TƏYİNAT

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinə yeni təyinat olub.
Mərkəzin Təcili yardım şöbəsində həkim-terapevt kimi fəaliyyət göstərən Cəmil İbadullayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Həkimlərimizi taniyaq rubrikasının növbəti qonağı, həkim-terapevt Cəmil İbadullayevi sizə təqdim edirik.
İbadullayev Cəmil Fətulla oğlu 20.12.1985-ci ildə Lənkəran şəhərində anadan olub. 1992-ci ildə Lənkəran şəhər H.Aslanov adın 3 saylı orta məktəbin birinci sinifinə daxil olub. 2003-cü ildə həmin məktəbin 11-ci sinifini bitirib, elə həmin ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olub.
2009-cu ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib, 2009-2010-cu ildə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında terapiya ixtisası üzrə internatura keçib.
2011-ci ildə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində işə başlayıb.
2020-ci ildən Lənkəran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin təcili yardım şöbəsində həkim-terapevt kimi fəaliyyət göstərib.
Hal-hazırda Lənkəran Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri vəzifəsini icra edir.
Dəyərli təbibimizə gələcək fəaliyyətində uğurlar arzu edirik.
Etiketlər
Oxşar xəbərlər

Cəmil İbadullayevə vəzifə verildi - FOTO
Bugun.az

Nazir ona vəzifə verdi -FOTO
Bugun.az

Emin Abbasova yüksək vəzifə verildi
Bugun.az

Gənc Ana Doğuşdan Sonra Vəfat Etdi
Bugun.az

Azərbaycanda baş həkim koronavirusa yoluxdu
Son Xeberler

Dövlət Sosial Müdafiə Fondunda yeni TƏYİNAT
SON Xəbər