
Son Xeberler
9 abunə
Nazirlik şəhid ailəsini nəzarətə götürdü
07.12.2020 18:04
433 baxış sayı
2 dəq. oxuma

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Şahbazlı Əlikram Novruz oğlunun ailəsinin sosial dəstək tədbirləri ilə əhatə edilməsi üçün müvafiq işlərə başlanıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, nazirliyin əməkdaşları Şabran rayon Bor-bor kəndində yaşayan ailə ilə görüşərək, yaşayış vəziyyəti ilə tanış olublar.
"Beş nəfərdən (şəhidin atası Şahbazov Novruz, anası Hümbətova İmarət və üç bacısı) ibarət ailənin gələcəkdə fərdi evlə təmin olunması üçün qeydiyyata alınacaq. Hazırda ailəyə ünvanlı sosial yardım ödənilir. Həmçinin şəhid ailəsi kimi ailəyə Prezidentin aylıq təqaüdü, ailə üzvlərinə aylıq müavinət təyin olunacaq. Şəhidin atasının istəyi ilə ona özünüməşğulluq proqramı çərçivəsində yaxın günlərdə iribuynuzlu heyvandarlıq təsərrüfatı yaradılacaq. Şəhidin anasının isə elə öz kəndlərində işlə təmin olunması nəzərdə tutulur. Şəhidin bir bacısı tələbə, digər iki bacısı isə məktəblidirlər. Ailənin yaşayış vəziyyəti diqqətdə saxlanacaq”, - deyə F. Talıbov vurğulayıb.
Oxşar xəbərlər

Mənzurə şəhid ailəsini TƏHQİR ETDİ-VIDEO
Şou Xəbər
5,513
29/01 14:29

Unibank şəhid Şahinin ailəsini himayəyə götürdü
Son Xeberler
521
07/11 14:21

DİN-dən şəhid ailəsinə kobud davranan polislə bağl...
Son Xeberler
638
06/01 09:16

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuları...
Son Xeberler
509
08/12 14:50

İsmayıllı məktəbinin müəllimi də şəhid olub -
Son Xeberler
562
18/11 12:48

Rusiya Ordusu Donetskda Yeni Bir Yaşayış Məntəqəsi...
Bugun.az
143
28/10 13:25