
Ölənlərin və yaralıların sayı arta bilər - Ombudsman

Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejiminin tələblərini pozaraq, 11.10.2020-ci il tarixdə gecə saatlarında müharibə zonasından 100 km-dən artıq məsafədə yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzində çoxmənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 7 nəfər həlak olub, 28 nəfər yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.
Bu barədə Ombudsman Aparatından bildirilib.
Qeyd edilir ki, hal-hazırda hadisə yerində dağıntılar altında qalan insanların xilas edilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir, bu baxımdan ölənlərin və yaralananların sayında artım ola bilər.
Oxşar xəbərlər

İzmirdə zəlzələdə ölənlərin və yaralananların sayı...
Son Xeberler

Dünyada COVID-19-dan ölənlərin sayı 2.5 milyonu öt...
Son Xeberler

Bu üç ölkədə virus ŞİDDƏTLƏ YAYILIR:
Son Xeberler

Koronavirusdan ölənlərin sayı 600 mini ötdü
Son Xeberler

Qəzzada İsrail Ordusunun Minlərlə Əsgəri Yaralanıb
Bugun.az

Bu ixtisaslarda ballar arta bilər -Abituriyentləri...
Bugun.az