
“Qocalar evi” və sığınacağın sakinləri də vaksinasiya olunur - FOTO

Sosial Xidmətlər Agentliyinin “Qocalar evi” kimi tanınan Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin, habelə həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin sakinlərinin COVID-19 infeksiyasına qarşı vaksinasiyası işləri aparılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, peyvəndləmə işləri sakinlərin sağlamlıq və fiziki vəziyyətlərindən asılı olaraq iki istiqamətdə aparılır: müəssisəni tərk etmək imkanı olan şəxslər tibb müəssisələrinə aparılaraq peyvənd olunurlar. Digərləri üçün isə tibb işçiləri müəssisəyə dəvət edilir, sakinlərin peyvəndlənməsini yerində həyata keçirirlər.
“Qocalar evi”ndə hazırda 200-ə yaxın, Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində 70 şəxs yaşayır. Hər iki müəssisədə sakinlərin rahat yaşayışı və reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunmaları üçün müasir tələblərə uyğun şərait yaradılıb.
Oxşar xəbərlər

Azərbaycanda Vaksinasiya Strategiyası təsdiqləndi
Son Xeberler

65 yaşdan yuxarı şəxslər belə vaksinasiya olunur -
Son Xeberler

Bakıda qadın sığınacağına hücumla bağlı polis hərə...
Son Xeberler

Azərbaycanda peyvənd olunanların ümumi sayı açıqla...
Son Xeberler

DYP: Sərt karantindən əvvəl rayonlara gedənlər ger...
Son Xeberler

Şaxta Baba koronavirusa yoluxdurdu -
Son Xeberler