
Son Xeberler
9 abunə
Samirə Mustafayeva 5 illik fasilədən sonra televiziyaya qayıtdı - FOTOLAR
10.09.2020 17:42
712 baxış sayı
6 dəq. oxuma

Yeni mövsümdə AzTV-də "Xəbərlər”i tanınmış teleaparıcı Samirə Mustafayeva təqdim edəcək.
Tanınmış xəbər aparıcısı Samirə Mustafayeva beş illik fasilədən sonra yenidən ekranlara qayıdıb.
Bu sahədə 16 illik təcrübəsi olan S.Mustafayevanın yeni iş yeri Azərbaycan Televiziyası (AzTV) olacaq.
Teleaparıcı artıq sentyabrın 14-dən etibarən həftənin beş günü AzTV-nin "Xəbərlər” İnformasiya proqramının axşam saat 20:00, 22:00 və gecə saat 00:00 buraxılışını təqdim edəcək.
S.Mustafayeva şənbə günü eyni saatlarda studiyanı AzTV-nin digər xəbər aparıcısı Mümtaz Xəlilzadə ilə bölüşəcək.
Həmin gün "Xəbərlər”i aparıcılar tamaşaçılara birgə çatdıracaqlar.
Onu da bildirək ki, "Xəbərlər” proqramı sentyabrın 14-dən etibarən efirə yeni və möhtəşəm dizaynla hazırlanmış studiyadan çıxacaq.
Qeyd edək ki, S.Mustafayeva ilk dəfə xəbər aparıcılığına 2003-cü ildən başlayıb, peşəkar xəbər aparıcısı kimi tanınır.



Etiketlər
Oxşar xəbərlər

Samirə Mustafayeva illər sonra efirdə -
Son Xeberler
735
14/09 17:37

Samirə Mustafayeva:
Son Xeberler
1,029
24/09 18:10

Ezgi Mola 8 il sonra ekranlara qayıdır
Son Xeberler
457
13/09 13:44

Tanınmış aparıcı iş yerini dəyişdi -
Şou Xəbər
497
01/02 13:15

Taksi sürən meyxanaçı Samirə:
Şou Xəbər
1,187
11/01 13:31

Maşın bazarı 1 illik aradan sonra açıldı - Qiymətl...
Son Xeberler
808
08/02 06:39