
AMD RX 9060 XT: İlk Test Nəticələri

AMD-nin yeni nəsil, RDNA 4 arxitekturası əsasında hazırlanmış RX 9060 XT qrafik kartı rəsmi satışa çıxmazdan əvvəl testdən keçirilib. XFX şirkəti tərəfindən istehsal olunan RX 9060 XT, 3DMark Time Spy testində 17069 bal toplayaraq diqqəti cəlb edib.
Bu nəticənin RX 7700 XT ilə demək olar ki, eyni səviyyədə olduğunu göstərir. Hazırkı testlərdə RX 7700 XT və RTX 5060 Ti oxşar performans nümayiş etdirir. Beləliklə, RX 9060 XT-nin RTX 5060 və RTX 5060 Ti arasında yer alacağı və bazarda əhəmiyyətli alternativ olacağı gözlənilir.
Kartın texniki xüsusiyyətlərinə 32 RDNA 4 prosessor vahidi, 8GB və 16GB GDDR6 VRAM variantları, 3.13 GHz artırılmış saat sürəti, FSR 4 dəstəyi, DisplayPort 2.1a və HDMI 2.1b qoşulma interfeysləri daxildir. Test olunan XFX modeli, AMD-nin hələlik ümumi yayım üçün təqdim etmədiyi xüsusi 25.6.1 sürücüsündən istifadə edib. Bu sürücü ilə kart, 40mV azaltma və 10% güc limiti artımı ilə 3.46 GHz saat sürətinə çatıb. Bu səviyyəyə çatmasına baxmayaraq, ümumi enerji istehlakı cəmi 199 Vt olaraq ölçülüb. Yaddaş tezliyi 2538 MHz-də sabitlənmişdir.
Göründüyü kimi, performans testləri 3DMark Time Spy ilə məhdudlaşır. Lakin, RX 9060 XT-nin RX 7700 XT səviyyəsinə yaxınlaşması, xüsusilə də qiymət-performans seqmentində rəqabətin daha da güclənəcəyini göstərir. AMD-nin əvvəlki RX 9070 seriyasında olduğu kimi, qiymətləndirmədə də oxşar yanaşmanı davam etdirəcəyi bildirilir. RX 9060 XT-nin satış qiymətinin 299 ilə 349 dollar arasında olacağı ehtimal edilir. RX 9060 XT 5 İyun tarixində təqdim olunacaq.
Etiketlər
Oxşar xəbərlər

MediaTek Dimensity 9400 Test Nəticələri Açıqlandı!
Son Xeberler

RTX 5090 və 4090-ın Performansı: Sızdırılan Benchm...
Texnologiya xəbərləri

Teymur Mustafayevin ailə üzvlərinin test nəticələr...
Şou Xəbər

Bu serialda rol alan 4 məşhur koronavirusa yoluxdu
Son Xeberler

Azərbaycanda icra başçısının müavini koronavirusa...
Son Xeberler

TƏCİLİ: Sabahdan vətəndaşlara
Son Xeberler