
AOC-dan Cüzdanı Yandırmıyan 2K Monitor

AOC şirkəti oyunçular üçün əlçatan qiymətə yüksək keyfiyyətli monitor təqdim edir: Q24G50F. Bu model 2K (2560x1440 piksel) həll qabiliyyəti və 144 Hz yenilənmə tezliyi ilə seçilir, üstəlik isə cəmi 104 dollara satılır!
23.8 düymlük IPS ekranı olan Q24G50F, %99 sRGB və %92 DCI-P3 rəng gamutunu dəstəkləyir. 8-bit rəng dərinliyinə və zavodda kalibrlənməyə malikdir. Ekranın parlaqlığı 350 nit, kontrast nisbəti isə 1300:1-dir. HDR10 dəstəyi görüntünün keyfiyyətini xeyli artırır.
4 ms cavab müddəti və Adaptive Sync texnologiyası sayəsində ekranda "screen tearing" effekti yaranmır. Blur Reduction funksiyası sürətli səhnələrdə daha aydın görüntü təmin edir. Qaranlıq səhnələri daha aydın görmək üçün Dark Boost rejimi, ekran rənglərinin sürətli dəyişdirilməsi imkanı və sabit nişanlama sistemi kimi oyunçular üçün əlavə xüsusiyyətlər də var.
Sadə dizaynlı monitor yalnız irəli və geri əyilməyə imkan verir (-5° ilə +23° arasında). Daha çox çeviklik istəyən istifadəçilər üçün 100x100 mm VESA montaj dəstəyi mövcuddur. Bağlantı portları arasında HDMI 2.0, DisplayPort 1.4 və 3.5 mm qulaqlıq çıxışı var. Monitorun çəkisi stendlə 3.43 kq, stendsiz isə 2.65 kq-dır.
Qısacası, Q24G50F yüksək həll qabiliyyətini, sürətli yenilənmə tezliyini və əsas oyun xüsusiyyətlərini əlçatan qiymətə birləşdirən əla bir seçimdir.
Etiketlər
Oxşar xəbərlər

LG-nin Yeni Nəsil Portativ Monitoru: Smart Monitor...
Texnologiya xəbərləri

Samsung-dan Yeni, Cüzdanı Yandırmıyan Telefonlar!
Texnologiya xəbərləri

Samsung Dünyanın İlk 500 Hz Oyun Monitorunu Təqdim...
Texnologiya xəbərləri

Redmi Monitor G Pro 27 düym ekranla gəldi!
Texnologiya xəbərləri

MSI-dən oyunçular üçün super keyfiyyətli monitor!
Texnologiya xəbərləri

LG-dən Kontent Yaradıcıları üçün Yeni Monitor
Texnologiya xəbərləri