🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Avropa İttifaqı yenidən Elon Maskın dalınca düşdü!

18.01.2025 00:00 10 baxış sayı 2 dəq. oxuma
Avropa İttifaqı yenidən Elon Maskın dalınca düşdü!

Avropa İttifaqı, yeni rəqəmsal qaydalar çərçivəsində X platformasının tövsiyə alqoritmlərini araşdırmağa başlayıb. Avropa Komissiyası platformanın istifadəçilərə məzmun tövsiyə etmə üsulunu tənzimləyən alqoritmlər barədə ətraflı məlumat tələb edib. Araşdırma X platformasının daxili sənədlərinə, o cümlədən alqoritmlərdəki son dəyişikliklərə dair məlumata giriş tələb edir. Həmçinin, 2025-ci ilin sonunadək alqoritmlərdəki gələcək dəyişikliklərin qeydə alınması barədə qərar qəbul edilib.


Bu, Komissiyanın 2023-cü ildə X platformasına qarşı başladığı araşdırmanın davamıdır. Araşdırmanın bir hissəsi olaraq, Komissiya X platformasının bəzi kommersiya və texniki interfeyslərə də giriş istəyib. Avropa İttifaqının bu addımları sosial media platformalarından seçki nəticələrinə təsir göstərmək üçün sui-istifadənin qarşısını almaq məqsədi daşıyır. Bundan əvvəl Almaniya hökuməti Elon Maskı yaxınlaşan federal seçkilərə müdaxilədə ittiham etmişdi. Lakin Komissiya bildirib ki, son tələbi bu konkret iddia ilə bağlı deyil.


2023-cü ildə Avropa İttifaqında qüvvəyə minən Rəqəmsal Xidmətlər Qanunu əsas platformalara bir sıra öhdəliklər qoyur. Komissiyanın hərəkətləri X da daxil olmaqla sosial media platformalarını yeni qaydalara riayət etməyə məcbur edir. Digər tərəfdən, X platforması istifadəçilərin saxta və real hesabları ayırd etmək üçün yeni bir sistem tətbiq edir. Bu sistem parodiya və yumor hesablarını digər hesablardan fərqləndirmək üçün etiketləmə sistemindən istifadə edəcək.


Paylaş: