
EA SPORTS FC 26: Əfsanələr Qayıdır!

Futbol həvəskarlarını uzun müddət gözlədən an gəldi! EA, EA SPORTS FC 26 üçün yeni İKON oyunçularını rəsmi olaraq təqdim etdi. Bu ilki heyətə son dövrlərdə karyeralarını başa vurmuş və nəslin ilham mənbəyi olmuş əfsanəvi kişi və qadın futbolçular daxildir. Zlatan İbrahimoviç, Alex Morgan, Andrés İniesta, Toni Kroos, Caroline Seger, Corcio Çellini, Sissi, Fransisko Totti, Marcelo, Steffi Cons, Oliver Xan və Çə Bum-Kun kimi 12 yeni İKON futbolçu oyunun tərkibinə əlavə olunub.
FC 26 Ultimate Edition-un üz qabığında yer alan Zlatan İbrahimoviç öz həyəcanını belə ifadə edib: "Nə deyirlərsə desinlər, Zlatan geri döndü! Mənə həmişə inanan azarkeşlər, indi məni, İKON olaraq, olması lazım olduğu kimi oynaya biləcəksiniz!"
ABŞ qadınlar milli komandasının əfsanəsi Alex Morgan isə deyib: "FC 26-da İKON olaraq irsimə davam etməkdən çox məmnunam. Bu oyunun İKONları arasında olmaq şərəfdir. Oyun meydançasında öz izini qoymaq arzusunda olan yeni nəsil futbolçulara ilham verməyə davam etməyi ümid edirəm."
FC 26, Ultimate Team rejimində daha hamar driblinq, sürətli paslar və yeni İKON oyunçuları ilə məhdudiyyətsiz nəzarət təklif edərək seçilir. Bundan əlavə, 26 Avqusta qədər FC 26 Ultimate Edition-u öncədən sifariş edənlər, R9, Thierry Henry və Steven Gerrard kimi əfsanələrin olduğu 15 nəfərlik heyətdən ticarət edilməyən bir Debut İKON alacaqlar. Bu kart noyabr ayında daha güclü Champion İKON versiyasına yüksəldiriləcək.
Klublar rejimində isə bəzi yeni İKON oyunçular yeni oyun üslublarına ilham verəcək və oyunçular öz professional oyunçularını fərdiləşdirə biləcəklər. Məsələn, Zlatan İbrahimoviç hədəfçi, Alex Morgan bitirici, Toni Kroos maestro, Oliver Xan qapıçı, Andrés İniesta isə yaradıcı kimi təqdim olunur.
EA, ictimai rəyin nəzərə alınaraq bütün yeni kişi İKON oyunçularını FC Mobile-a əlavə edib. Mobil oyunçular üçün xüsusi tədbirlər də planlaşdırılır: Zlatan İbrahimoviçin karyerası anlarını yenidən oynamaqla İKON oyunçu əşyalarını əldə etmək, avqust ayı ərzində xüsusi tapşırıqları yerinə yetirməklə İKON əşyaları qazanmaq və oyunçu əşyaları və ulduz pasları ilə yeni canlı tədbirlər.
EA SPORTS FC 26, dünya üzrə 26 sentyabr 2025-ci ildə satışa çıxacaq. Ultimate Edition alanlar 19 sentyabr 2025-ci ildən etibarən oyuna erkən çıxış əldə edə biləcəklər. PlayStation 5, PlayStation 4, Xbox Series X|S, Xbox One, PC, Amazon Luna, Nintendo Switch və Nintendo Switch 2 üçün ön sifarişlər artıq mövcuddur. EA Play üzvləri 19 sentyabrdan etibarən 10 saatlıq erkən giriş sınağını əldə edəcək və EA rəqəmsal məzmununda 10% endirim kimi əlavə üstünlüklərdən istifadə edə biləcəklər.
Oxşar xəbərlər

Yeni "Karate Kid" Filmi Gözləniləni Verə Bilməyəcə...
Texnologiya xəbərləri

EA Sports Basketbola Geri Dönür
Texnologiya xəbərləri

“Beyaz şou” ekranlara qayıdır
Bugun.az

Ən çox yüklənən PlayStation oyunları!
Texnologiya xəbərləri

İyulun Ən Çox Yüklənən PlayStation Oyunları Açıqla...
Texnologiya xəbərləri

Sabiq forvard geri qayıdır
Bugun.az