
Vodafone Bakı, İstanbula Ən Sürətli İnterneti Gətirdi

Vodafone, müştərilərinə ən yaxşı xidməti təmin etmək üçün sərmayələrini davam etdirir. Umlaut şirkətinin apardığı son şəbəkə performansı qiymətləndirilməsində Vodafone, Türkiyə boyu istifadə olunan 4.5G şəbəkəsində ən etibarlı və ən yüksək performans göstərən mobil operator, eyni zamanda İstanbula ən etibarlı və ən yaxşı mobil rabitəni təmin edən operator seçilib.
Bu nəticələr, gələn aylarda gözlənilən 5G tenderindən əvvəl Vodafone-un mövcud 4.5G şəbəkəsinin gücünü təsdiqləyir. Umlaut-un müştəri təcrübəsi və şəbəkə keyfiyyətinə yönələn müqayisə metodologiyası geniş çeşidli mobil xidmətləri əhatə edir və operatorların simsiz rabitəni istehlakçılar, korporativ istifadəçilər və bizneslərə necə təmin etdiyini, həmçinin inkişaf etdirilməli sahələrini göstərir. Samsung Galaxy S23+ cihazı ilə aparılan testlər nəticəsində Vodafone, 1000 baldan 885 bal toplayaraq ümumi milli səviyyədə ən yüksək performansı nümayiş etdirib.
Səs kateqoriyasında 270 baldan 252 bal, məlumat kateqoriyasında isə 480 baldan 412 bal toplayan Vodafone, eyni zamanda, ictimai rəy sorğuları əsasında keyfiyyət kateqoriyasında 250 baldan 221 bal toplayaraq ən yüksək nəticəni əldə edib. İstanbulda isə Vodafone 1000 baldan 893 bal toplayaraq ən yüksək ümumi balı əldə edib. Vodafone Türkiyənin baş icraçı direktoru Engin Aksoy, umlaut test nəticələri ilə bağlı şərhində bildirib ki, Vodafone ölkədəki ən böyük beynəlxalq sərmayədarlardan biridir və hər il etdiyi sərmayələr ilə öz töhfələrini artırmağa davam edir.
Umlaut-un baş icraçı direktoru Hakan Ekmen isə Vodafone-u şəbəkə inkişafında əldə etdiyi uğurlara və təqdim etdiyi yüksək keyfiyyətə görə təbrik edərək, Vodafone-un Türkiyə və İstanbulda ən yüksək performanslı və ən etibarlı şəbəkəyə sahib olduğunu bildirib.
Oxşar xəbərlər

"Bakcell"in Baş İcraçı Direktoru "INMerge" İnnovas...
Bugun.az

Türk Hava Yolları Ankara-Bakı-Ankara xüsusi uçuşla...
Son Xeberler

Anar Kərimov onları vəzifəyə gətirdi -
Son Xeberler

Azərbaycanlı gənc Türkiyədə itkin düşdü -
Son Xeberler

"Qarabağ"la oyunda bəxtimiz gətirdi" - FCSB-nin ba...
Bugun.az

SpaceX Starlink-i smartfonlarda test etmək imkanın...
Texno Blog