
Windows 11 Daha Sürətli Olacaq

2021-ci ildə buraxıldıqdan sonra Windows 11 əməliyyat sisteminin bəzi istifadəçilər tərəfindən, xüsusilə də müəyyən hardware konfiqurasiyalarında performansının aşağı olması ilə bağlı narazılıqlar bildirilib. Ən çox yeni nəsil hibrid arxitekturaya malik prosessorlarda oyun performansının aşağı olması və Windows 10-a nisbətən daha çətin bir istifadə təcrübəsi şikayətlər arasında yer alıb.
Microsoft bu şikayətlərə cavab olaraq hərtərəfli performans optimallaşdırma prosesinə başlayıb. Yaxınlaşan 25H2 yeniləməsi ilə şirkət performansa yönəlmiş yeni bir mərhələyə qədəm qoyur. Windows Insider proqramının iştirakçıları üçün artıq mövcud olan yeni sistem, yavaşlama şikayətlərini daha effektiv şəkildə təhlil etməyə yönəlib. İstifadəçilər kompüterlərdə yaşadıqları yavaşlamaları Feedback Hub vasitəsilə bildirə bilər və sistem avtomatik olaraq müvafiq performans loqlarını Microsofta göndərərək problemlərin mənbəyi ilə bağlı daha ətraflı məlumat toplanmasına imkan yaradır. 25H2 yeniləməsi ilin sonuna qədər ümumi istifadəyə veriləcək.
Yeniləmənin əsas məqsədlərindən biri sistemin ümumi sabitliyini yaxşılaşdırmaq və istifadəçi interfeysindəki gecikmələri minimuma endirməkdir. Microsoft ötən il də oxşar performans təkmilləşdirmələri aparmışdı. Tapşırıqlar paneli, bildirişlər sahəsi və sürətli parametrlər panelinin cavabvermə sürəti artırılıb, başlanğıc tətbiqlərinin sistem resurslarından istifadəsi optimallaşdırılıb. Lakin bu tədbirlər bir çox istifadəçi üçün yetərli olmayıb.
Dəyişikliklər yalnız proqram təminatı səviyyəsində deyil, həm də hardware qarşılıqlı əlaqəsi ilə əlaqəli komponentlərdə də baş verir. 25H2 yeniləməsi ilə Microsoft sürücü inkişafı və sertifikatlaşdırma prosesinə yeni bir təbəqə əlavə edir. Bundan sonra Windows sürücüləri yayımlanmadan əvvəl mütləq statik analiz sınağından keçiriləcək. Bu üsul potensial problemləri quraşdırma mərhələsinə çatmadan aşkar etməyə imkan verəcək. Məqsəd keyfiyyətsiz sürücülərin sistem performansına mənfi təsirini qarşısını almaqdır.
Etiketlər
Oxşar xəbərlər

Windows 11 Yenilənmələri Artıq Daha Yüngüldür! Art...
Texnologiya xəbərləri

Windows 10 Yenilənməsi ilə Windows 11-ə Daha Yaxın...
Texnologiya xəbərləri

Windows 11-də Bu İl Böyük Yeniliklər Gözlənilir!
Texnologiya xəbərləri

Oyunçular arasında ən çox istifadə olunan əməliyya...
Texnologiya xəbərləri

Xbox və Windows Birlaşıb: Portativ Oyunlar Yeni Dö...
Texnologiya xəbərləri

Yanvar ayının ən populyar əməliyyat sistemləri açı...
Texnologiya xəbərləri