🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Elm adamları ABŞ-ni tərk edir

18.04.2025 18:25 8 baxış sayı 2 dəq. oxuma
Elm adamları ABŞ-ni tərk edir

Avropa ölkələri ABŞ administrasiyasının elmi araşdırmalar sahələrindəki məhdudiyyətləri və maliyyəni azaltması səbəbindən işdən çıxan elm adamlarını qəbul edəcək.

Metbuat.az xəbər verir ki, Donald Trampın atdığı siyasi addımlar elmi dairələrdə narahatlıqla qarşılanıb. Tramp administrasiyasının verdiyi qərarlarla ölkədəki bəzi laboratoriyalar bağlanıb, bəzi tədqiqat sahələrinəə maliyyə dayandırılıb. ABŞ Müdafiə Nazirliyi də 90-dan çox tədqiqatı, o cümlədən iqlim dəyişikliyinin təsirləri ilə bağlı araşdırmaları dayandırdığını açıqlayıb. “Nature” elmi araşdırma jurnalının sorğusuna əsasən, ABŞ-də hər 4 tədqiqatçıdan 3-ü hökumətin məhdudlaşdırıcı tədbirlərindən sonra ölkəni tərk etmək istəyir. Sorğuda iştirak edən 1650 nəfərdən 1200-dən çoxu Kanada, Avropa və ya Avstraliyaya getmək istəyir.

Digər tərəfdən, ABŞ-nin aparıcı universitetlərində çalışan professor və akademiklərin başqa ölkədə işləmək üçün müraciət etmələri ilə bağlı xəbərlər dərc edilib.

Paylaş: