🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Kosmosdan gələn radiosiqnalların mənbəyi təəccübləndirdi

23.01.2025 19:25 18 baxış sayı 2 dəq. oxuma
Kosmosdan gələn radiosiqnalların mənbəyi təəccübləndirdi

Alimlər kosmosun dərinliklərindən gələn intensiv radio siqnalın mənbəyini müəyyən ediblər.

Metbuat.az xəbər verir ki, siqnalın yaşı 11,3 milyard il olan və Yerdən cəmi iki milyard işıq ili uzaqlıqdakı qalaktikadan gəldiyi ortaya çıxıb. Məlumata görə, elm adamları bu siqnalları müəyyən etmək üçün illərdir səy göstərir. Bu hadisələrin mümkün səbəbləri arasında qara dəliklər və hətta yadplanetli texnologiyaları yer almışdı. Elm adamları bu partlayışları gəldikləri qalaktikalara qədər izləməklə güclü siqnalların hansı ekstremal şəraitdə ortaya çıxdığını müəyyən etməyə çalışıblar. İndi tədqiqatçılar bu partlayışlardan birinin mənbəyini dəqiq müəyyənləşdirə biliblər. Siqnalın gəldiyi qalaktika köhnə, ölü və qəribə formadadır. Əvvəllər aşkar edilmiş siqnallar daha gənc qalaktikalardan gəlmişdi. Buna görə də yeni kəşf bu partlayışların mənbələri haqqında mövcud anlayışı çətinləşdirir.

Alimlər bildirir ki, bu kəşf sirli kosmik hadisələrin elmə məlum olandan daha müxtəlif yerlərdən gəldiyini göstərə bilər.

Paylaş: