🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Kosmosdan gələn səslər alimləri təəccübləndirdi

29.01.2025 23:25 7 baxış sayı 1 dəq. oxuma
Kosmosdan gələn səslər alimləri təəccübləndirdi

Alimlər quşların nəğməsinə bənzəyən kosmik dalğalar aşkar ediblər.

Metbuat.az xəbər verir ki, xor dalğaları adlanan bu plazma partlayışları insanın eşidə biləcəyi tezlikdə dalğalanır. Bildirilir ki, səs siqnallarına çevrildikdə, onların notları yüksək səsli quş səslərini təqlid edir. Məlumata görə, tədqiqatçılar əvvəllər bu cür səsləri kosmosda təsbit edirdilər, lakin indi bu səslər daha əvvəl heç vaxt ölçülməmiş, Yerdən 100000 kilometrə qədər uzaqda aşkar ediliblər. Alimlər bu kəşfin detallarını müəyyən edə bilməsələr də, Yerin maqnit sahəsinin bununla əlaqəsi ola biləcəyini hesab edirlər.

Qeyd edək ki, bu cür səslər onilliklər ərzində radio antenalarında, o cümlədən 1960-cı illərdə Antarktidadakı tədqiqat stansiyasının qəbuledicilərində aşkar edilmişdi. Səslər Yupiter və Saturn kimi digər planetlərin yaxınlığında aşkar edilmişdi.

Paylaş: