
Azərbaycan millisi ilk dəfə Avropa çempionu oldu

Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə iyunun 5-7-də Polşada keçirilən çövkən üzrə Avropa çempionatının final qarşılaşması baş tutub.
Metbuat.az Azərtac-a istinadən xəbər verir ki, tarixi nəticə ilə yadda qalan yarışmada Azərbaycan milli komandası ilk dəfə Avropa çempionu olub.
Final oyununda Azərbaycan yığması Malta komandası ilə qarşılaşıb və 6:2 hesabı ilə inamlı qələbə qazanıb. Bu nəticə ilə komandamız turnirin kubokuna sahib çıxıb və çövkən tarixində yeni bir səhifə açıb.
Qeyd edək ki, iyunun 5-də start götürən turnirdə 6 ölkə – Azərbaycan, Türkiyə, Macarıstan, Malta, Polşa və Böyük Britaniya iştirak edib.
Püşkatma nəticəsində Azərbaycan milli komandasının ilk oyunu Türkiyə yığması ilə olub və komandamız bu görüşdən 3:0 hesablı qələbə ilə ayrılıb.
Yarımfinal mərhələsində isə milli komandamız Macarıstan yığmasına qarşı mübarizədə üstünlüyünü davam etdirərək 4:0 hesablı qələbə qazanıb.
Beynəlxalq çövkən təqviminə əsasən, növbəti kontinental mötəbər yarışlar sentyabrın əvvəlində Özbəkistanda Asiya, sentyabrın sonunda Nigeriyada Afrika və noyabr ayında isə Buenos-Ayresdə Cənubi Amerika çempionatları keçiriləcək.
Oxşar xəbərlər

Yunan-Roma güləşi üzrə millimiz də Avropa çempion...
Bugun.az

Azərbaycan millisi ilk dəfə Avropa çempionu oldu -...
Bugun.az

Nihat Məmmədli və Həsrət Cəfərov Avropa Çempionu o...
Bugun.az

Azərbaycanın millisi dünya çempionu oldu
Bugun.az

Dünya Çempionu Jalə Əliyeva: "Tarix Yazdığım üçün...
Bugun.az

Azərbaycan millisi Avropa çempionatında 15-ci oldu
Bugun.az