
Azərbaycan millisi ilk dəfə Avropa çempionu oldu - FOTO

5-7 iyun 2025-ci il tarixlərdə Polşada Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə keçirilən Çövkən üzrə Avropa Çempionatının final qarşılaşması baş tutub. Tarixi nəticə ilə yadda qalan bu yarışmada Azərbaycan milli komandası ilk dəfə Avropa çempionu olub.
Bu barədə Metbuat.az-a Beynəlxalq Çövkən Federasiyasından məlumat verilib.
Final oyununda Azərbaycan yığması Malta komandası ilə qarşılaşıb və 6:2 hesabı ilə inamlı qələbə qazanıb. Bu nəticə ilə komandamız turnirin kubokuna sahib çıxaraq çövkən tarixində yeni bir səhifə açıb.
Qeyd edək ki, Avropa Çempionatı 5 iyun 2025-ci il tarixdə start götürüb və turnirdə 6 ölkə – Azərbaycan, Türkiyə, Macarıstan, Malta, Polşa və Böyük Britaniya iştirak edib. Azərbaycan milli komandasının ilk oyunu püşkatma nəticəsində 5 iyun tarixində Türkiyə çövkən yığması ilə olub və komandamız bu görüşdən 3:0 hesablı qələbə ilə ayrılıb. 6 iyun tarixində baş tutan yarım-final mərhələsində isə milli komandamız Macarıstan yığmasına qarşı mübarizədə üstünlüyünü davam etdirərək 4:0 hesablı qələbə qazanıb.
Xatırladaq ki, beynəlxalq çövkən təqviminə əsasən, növbəti kontinental mötəbər yarışlar sentyabrın əvvəlində Özbəkistanda Asiya, sentyabrın sonunda Nigeriyada Afrika və noyabr ayında isə Buenos Airesdə Cənubi Amerika çempionatları keçiriləcək.
Oxşar xəbərlər

Yunan-Roma güləşi üzrə millimiz də Avropa çempion...
Bugun.az

Nihat Məmmədli və Həsrət Cəfərov Avropa Çempionu o...
Bugun.az

Azərbaycan millisi ilk dəfə Avropa çempionu oldu
Bugun.az

Azərbaycanın millisi dünya çempionu oldu
Bugun.az

Dünya Çempionu Jalə Əliyeva: "Tarix Yazdığım üçün...
Bugun.az

Azərbaycan millisi Avropa çempionatında 15-ci oldu
Bugun.az